Ölməmiş basdırılan insanların hekayəti: “Qəbirdə oyanıb barmaqlarını yedi”
31.10.2016 - 02:49
Diri- diri basdırılmaq yəqin ki, ölümlərin ən qaranlığı və ən dəhşətlisidir. İnsanlıq tarixi təəssüflər olsun ki, kirli işlərlə doludur. Bunların arasında insanların bir-birini diri-diri basdırması kimi iyrənc əməlləri də var. Sizi tarixi bir səyahətə çıxararaq dir-diri basdırılmış 8 insanın həyat hekayəsini tədim edirik.
1. Oktavia Smit Hatker
Amerika Birləşmiş Ştatlarının Kentukki ştatı Oktavia Smit Hatker adlı qadının başına gələn dəhşətli bir hadisə ilə silkələnir. Ağır xəstəliyə tutulan qadın əvvəl komaya girir, bir neçə ay sonra isə yatağında ölü halda tapılır. Elə həmin gün dünyasını dəyişən Oktavia dəfn edilir. Dəfndən bir həftə sonra qəsəbədəki insanların çoxu Oktavianın xəstəliyinə yoluxalaraq komaya düşür. Lakin həmin qadından fərqli olaraq qəsəbə sakinləri komadan bir müddət sonra çıxırlar. Vəziyyət belə olduqdan sonra Oktavianın əri həyat yoladaşının diri-diri basdırıldığını, əslində bir müddət sonra oyandığını düşünərək narahatlıq keçirir. Qəbiristanlığa gedən ər məzarı açıdırır. Qarşılaşdığı mənzərə qarşısında şok keçirən kişi narahatlığının əsassız olmadığını anlayır. Tabutun üst hissəsində cızıq izləri və Okatvianın qanamış əlləri onun ayılaraq qəbirdən çıxmaq istəməsini sübut edir. Yenidən dəfn edilən qadına əri tərəfindən abidə də ucaldılır. İnsanları isə bu xəstəliyə Afrikaya aid bir milçəyin yoluxdurduğu məlum olur.
1987-ci ildə Stefen Smol adlı məşhur bir insan oğurlanır və diri -diri basdırılır. Qaçıranlar isə 30 yaşlı Denni Edvards və onun 26 yaşlı qızı Nensi Rişdir. Onların planı isə adamı tabutun içində gizlədərərk 1 milyon dollar fidyə istəmək olub. Bu zaman ərzində isə Smolun ölməməsi üçün tabuta minimal miqdarda hava , su və işıq getməsini təmin edilir. Lakin hava ötürən balonlardan biri tutulur. Bunun nəticəsində isə Stefen Smol dünyasını dəyişir.
3. Bayan Boqer
Çarlz Boqer və xanımı Pensilvaniyadaki fermalarında adi günlər keçirərkən 1893-cü ilin iyulunda xanım Boqer məlum olmayan səbəblərdən qəfildən ölür. Həkimlər ölümü təstiqlədikdən sonra qadın basdırılır. Hekayə burada bitməli olduğu halda, yoldaşlarından biri Çarlza arvadının illər əvvəl isteriya tutulmalarının (özündən getmə) olduğunu söyləyərək əslində ölməmiş ola biləcəyini bildirir.
Arvadının canlı-canlı basdırılmış olması fikri Çarlzı narahat edir. Kişi yoldaşları ilə bir araya gəlir və qəbri qazır. Qarşılaşdığı mənzərə qarşısında şok keçirir. Belə ki, həyat yoldaşının bədəni tabutun içində tərs çevrilib. Tabutun içindəki şüşə parçası sınıb və bədəninin hər tərəfinə sancılıb. Hər yeri qan içindədir. Barmaqlarının heç biri yerində deyil. Bu dəhşətli hadisədən sonra Çarlz Boqerın aqibətini isə heç kim bilmir.
4. Anqelo Hays
Diri-diri basdırılanlar arasında şanslı olanlar da var. Bunlardan biri də Angelo Hays adlı, 19 yaşlı gəncdir. Fransada yaşayan Angelo 1937 -ci ildə motosikletlə qəsəbədə dolaşarkən qəzaya düşür və başını kərpic divara vurur. Həkimlər heç bir şübhələri olmadan Angelonun öldüyünü təsdiqləyir. Qəzadan 3 gün sonra Angelo dəfn edilir. Maraqlı hadisələr bu andan sonra başlayır. Bir sığorta şirkəti Angelonun atasının səhiyyə sığortası almaq istədiyini və pul almaq üçün yalan danışdığından şübhələnir. Hadisəni araşdırması üçün təgqiqatlar başladılır.
Təhqiqatçı dəfn edilən Angelonun məzarını 2 gün sonra açdırır və şokedici həqiqətlə qarşılaşır. Angelo hələ də həyatdadır. Ölümü birmənalı olaraq təsdiq etmək üçün orada olan bir həkim bədənin hələ də isti olduğunu və ürəyin də döyündüyünü anlayır. Dərhal xəstəxanaya aparılan Angelo sağalaraq ayağa qalxır. Bu hadisədən sonra Angelo tabutlara diri-diri basdırılanlar üçün ayılanda istifadə edə biləcəkləri zənglər əlavə edir. Bu yeni ixtira bütün Fransada tətbiq edilir.
5. Bay Korniş
İngiltərənin 80 yaşlı sakini yüksək qızdırma səbəbi ilə qəflətən dünyasını dəyişir. O, ölümündən dərhal sonra dəfn edilir. Dəfndən sonra hər kəs yeyib-içməklə məşğul olarkən qəbirqazan məzardan səslər eşitməyə başlayır. Hər kəs qəbirə doğru qaçır və onu boğulmadan xilas etməyə çalışır. Lakin Kornişi xilas etmək mümkün olmur və o, dünyasını ikinci dəfə dəyişir.
Kornişin bacısı bundan sonra qorxuya düşür . Buna görədə öldükdən sonra başnı kəsilməsini vəziyyət edir.
Yenə yaxın keçmişə gedirik. 2014-cü ilin avqust ayında Hindistanda yaşayan 6 yaşındakı kiçik bir qız da diri-diri basdırılıb. Belə ki, evli bir cütlük azyaşlının yanına yaxınlaşır, anasının yaxınlıqdakı bir lunaparkda olduğunu söyləyərək qızı tarlanın ortasına apararaq boğur, sonra isə diri-diri basdırırlar.
Lakin bölgədə olan kəndlilər cütlüyün qızla birlikdə tarlaya girdiyini, sonra yanlarında uşaq olmadan qayıtmalarından şübhələnərək qızı axtarmağa başlayıblar. Qazılan məzarı tapan və dərhal azyaşlını çıxaran kəndlilər onun huşunu itirdiyini və nəfəs almadığını görüblər. Dərhal xəstəxanaya çatdırılan qız sağalaraq ayağa qalxır.
Tarixdəki diri-diri gömülmə halı bəlkə də ən maraqlı, könüllü olaraq və istəyərək basdırılan 35 yaşlı rusa aiddir. 2011-ci ildə diri-diri basdırıldıqdan sonra xilas olmağı sınaqdan keçirən adamın sonu faciəli bir ölüm olur. Adı açıqlanmayan şəxs 24 saat torpaq altında qalarsa həyatı boyu çox şanslı biri olacağını düşünür. Bir dostunun köməyi ilə şəhərin kənarında bir məzar qazır. Tabutun içərisinə hava axınını təmin edəcək kiçik borular, bir şüşə su və mobil telefonu da qoyur.
Tabuta girdikdən sonra dostu tabutu basdırır və qəbiristanlıqdan ayrılır. Həmin şəxs dostuna bir dəfə zəng vurur və yaxşı olduğunu deyir. Dostu səhəri gün qəbiristanlığa gəlib tabutu çıxarır. Lakin kişinin öldüyünü görür. Buna səbəb kimi isə gecə yağan yağışın hava borusunu örtməsi göstərilir.
Bu dəfə günümüzə olduqca yaxın zamanda baş verən bir hadisəyə qayıdırıq. 2014-cü ilin mayında, 25 yaşlı fransız qadın Mina Əl Hourai Mərakeşdə yaşayan biri ilə internet üzərindən aylarla danışdıqdan sonra ilk görüşünə hazırlaşır. Birlikdə gözəl bir axşam keçirən cütlüyün macərası Minanın birdən yerə yıxılıb özündən getməsi ilə yekunlaşır. Bundan sonra kişi polisə və ya təcili yardıma xəbər vermək əvəzinə qadının öldüyünü düşünüb bağında basdırmağa qərar verir.
Əslində isə gənc aşiq Minanın ölmədiyindən xəbərsizdir. Diabet xəstəsi olan və o an diabetik komaya girən qadın, sevgilisi tərəfindən ölü hesab edilib. Bir neçə gün sonra Minanın ailəsi onun itkin düşməsi barədə elanı verir və Mərakeşə gedib qızlarını axtarmağa başlayırlar. Polislər həmin şəxsi sonunda tutur və evində axtarış keçirilir. Qadının paltarlarını və sevgilisinin məzar qazmaq üçün istifadə etdiyi bel tapılır. Həmin şəxs isə qəsdən adam öldürməkdə ittiham edilərək cəzalandırılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=80596