Abşerondakı partlayışda bir ailəyə 3-cü ölüm gəldi – ana da öldü…
Abşeron rayonu Hökməli qəsəbəsindəki yaşayış evində baş verən partlayışda xəsarət almış “Azəravtoyol” ASC-nin aparat rəhbəri Müşfiq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova da Türkiyədə müalicə aldığı xəstəxanada ölüb.
Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.
Bundan öncə ağır vəziyyətdə Türkiyəyə aparılan ailə başçısı Müşfiq Qurbanov da vəfat etmişdi. O, oktyabrın 27-də Ankaradakı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, oktyabrın 21-də səhər saat 7 radələrində Hökməli qəsəbəsindəki evdə baş vermiş partlayış nəticəsində 3 nəfər – 1972-ci il təvəllüdlü Müşviq Qurbanov, 1972-ci il təvəllüdlü Şəbruz Novruzova və 2004-cü il təvəllüdlü Leyla Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri almışdılar. Müşviq Qurbanovun bədəninin 80 faizi, Şəbruz Novruzovanın bədəninin 80 faizi, Leyla Qurbanlının bədəninin isə 40 faizi yanmışdı.
Ailənin 3 yaşlı qızı Banıçiçək Qurbanlı isə hadisədə dünyasını dəyişmişdi.
İndi Qurbanovlar ailəsindən sağ qalan 12 yaşlı Leyla Qurbanlı Bakıda müalicə alır.
Short URL: http://www.cumhuriyyet.net/?p=80731