Hədələnən Gözəl Bayramlı polisə dəvət olunub

02.11.2016 - 10:36

19fde618-782b-46ea-a0c2-7b581a777499_cx0_cy12_cw0_w987_r1_s_r1Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı Suraxanı Rayon Polis İdarəsinin təhqiqat şöbəsinə dəvət olunub.

Bu haqda onun özü məlumat yayıb.

Gözəl Bayramlı polisə dəvət edilməsinin bir neçə gün əvvəl naməlum şəxsin açıq nömrədən onu ölümlə hədələnməsi işi ilə bağlı olduğunu bildirib.

“Hədələnməmlə bağlı hüquq-mühafizə orqanlarına, 102 xidmətinə xəbər vermişəm. Ancaq nədənsə məsələnin araşdırılması bir qədər yubandı”, deyən Gözəl Bayramlı hökumətin, hüquq mühafizə qurumlarının hədə olayının araşdırılmasına könülsüz yanaşdığını ifadə edib.

AXCP sədrinin müavini sabah, noyabrın 2-də polisə gedəcəyini bildirib.

G.Bayramlı oktyabrın 28-də ölümlə hədələndiyini açıqlamışdı.

«Zəng edən şəxs kobud şəkildə məndən “nə yazırsan” deyə soruşdu. Ondan özünü təqdim etməyi istəyəndə “gələndə biləcəksən, ünvanını de” cavabını verdi. Sonra da tərbiyəsizlik edib qışqırmağa başladı. Telefonu söndürdüm, yenə bir neçə dəfə zəng etdi. Soruşdum məni təhdid edirsən, dedi “bəli”» – deyə xanım siyasətçi qeyd edirdi.

Gözəl Bayramlı həmin gün “102” xidmətinə şikayət etmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=80857

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728