Bərdədə kütləvi zəhərlənmə – Bakıdan həkim göndərildi

02.11.2016 - 17:28

12313:53

Bərdə rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Hadisə rayonun Xan Ərəb kəndində qeydə alınıb.

Həmin kənddə yaşayan bir ailənin 5 üzvü – 45 yaşlı Könül Məmmədova, 22 yaşlı Pərviz Məmmədov, 25 yaşlı Cəmalə Məmmədova, 5 yaşlı Cahid Məmmədov və 8 aylıq körpə Cihan Məmmədov zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, K.Məmmədova, P.Məmmədov və onların 8 aylıq körpəsi C.Məmmədovun vəziyyətləri daha ağır olduğu ücün Reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxslərin durumu isə kafi qiymətləndirilir.

Zəhərlənən şəxslərin qohumlarının bildirdiyinə görə, ailə üzvləri axşam yeməyində özləri bağladıqları pomidor turşusundan istifadə ediblər.(Report.az)

***

Bərdənin Xan Ərəb kəndində zəhərlənmə nəticəsində Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 45 yaşlı Könül Məmmədova, 22 yaşlı Pərviz Məmmədov və 5 yaşlı Cahid Məmmədovun müalicəsi davam etdirilir.

Bu barədə xəstəxananın baş həkimi Rəna Mustafayeva məlumat verib.

Baş həkim bildirib ki, aparılan müalicələr nəticəsində K.Məmmədova və P.Məmmədovun səhhəti nisbətən normallaşsa da, 5 yaşlı Cahid Məmmədovun vəziyyəti həddindən artıq ağırdır:

“Əvvəlcə uşağı uşaq xəstəxanasına aparmışdılar. Vəziyyəti ağır olduğu üçün onu öz xəstəxanamıza köçürdük. Hazırda reanimasiyadadır, vəziyyəti həddindən artıq ağırdır. Əlimizdən gələni edirik”.

Baş həkim bildirib ki, uşağın vəziyyəti ağır olduğundan paytaxtdan kömək çağırılıb: “Səhiyyə Nazirliyinin göstərişi ilə Mərkəzi Klinik Xəstəxanadan anestezioloq və reanimatoloq xəstəxanaya ezam olunub. Həkimlər 20 gün burada olacaq və uşağın sağalması üçün lazım olan bütün vasitələrdən istifadə olunacaq”.(Trend.az)








Short URL: http://www.cumhuriyyet.net/?p=80940

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728