Tibb Universitetinin professoru vəfat etdi

05.11.2016 - 10:13

12Azərbaycan Tibb Universitetinin (ATU) professoru vəfat edib.

Tibb elmlər doktoru, professor, “Şöhrət” ordenli Xurşud Quliyeva dünyasını dəyişib.

Qeyd edək ki, X.Quliyeva Azərbaycan Tibb Universitetinin IV (keçmiş Pediatriya fakultəsinin) cərrahi xəstəliklər kafedrasının yarandığı ilk gündən orada işləyib, ordinator, assisent və nəhayət professor səviyyəsinə qədər yüksəlib. Profossor X.Quliyeva 1970-1980-ci illərdə kafedraya rəhbərlik edib və bu dövrdə professor F.Ə.Əfəndiyevin və professor A.N. Tahirovun başlayıb apardıqları elmi-metodik istiqamətləri davam etdirərək kafedranın elmi tematikasını cərrahi endokrinolokiyaya aid elmi axtarışlarla zənginləşdirib.

O, 100-dən artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 2 doktorluq və 2 namizədlik dissertasiyaları yerinə yetirilib. Professor X.Quliyeva ömrünün sonuna kimi kafedrada professor-konsultant kimi fəaliyyət göstərib.

2010-cu ildə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə X.Quliyeva “Şöhrət” ordeni ilə təltif olunub.(Reprt.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81161

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728