“Günəşli” yatağında həyəcan: zəlzələ qopmalar yaradıb – Rəsmi

05.11.2016 - 12:57

263470Dünən, təxminən saat 23 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə silkələnmə müşahidə edilib, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub.

“Socar”ın mətbuat xidmətindən Qaynarinfo.Az-a verilən məlumata görə, hadisə zamanı işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların bir hissəsi təxliyyə olunub.

Bildirək ki, hadisə yerində ekspertlər tərəfindən texniki müayinə aparılıb, özüldə heç bir konstruktiv dəyişiklik müəyyən olunmayıb.

Qeyd edək ki, ötən il dekabrın 4-də Xəzər dənizində baş vermiş təbii fəlakət zamanı “Günəşli” yatağında qəzaya məruz qalmış 10 saylı dərin dəniz özülündə təmir-bərpa işləri və istehsalat prosesləri ümumi rejimdə davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=81189

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728