İmişlidə şok olay: 3 məktəbli 15 yaşlı oğlanı əvvəl zirzəmidə, sonra… – TƏFƏRRÜAT
Zorlamada təqsirli bilinən İmişli rayon sakinləri – 1999-cu il təvəllüdlü Ruslan Məmmədov, onun həmyaşıdları Fərid Xəmmədli və İlham Dəmirlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Ruslan Məmmədov 2013-cü ilin sentyabr ayının əvvəllərində 15 yaşlı Seymur Verdiyevin (ad və soyad şərti göstərilib) İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən internet klubda erotik kinolara baxmasını görüb.
Ruslan Məmmədov bu haqda onun anasına deyəcəyi adı ilə ona hədə-qorxu gəlib. Daha sonra Ruslan 15 yaşlı oğlanı İmişli şəhəri, S.Qazıyev küçəsində yerləşən, yaşayış olmayan 10 nömrəli evin həyətindəki yarımçıq tikiliyə aparıb. Orada Ruslan Seymur Verdiyevlə qeyri-təbii yolla cinsi əlaqədə olub və daha sonra ona qarşı seksual xarakterli digər zorakılıq hərəkəti edib.
Bu hadisədən bir neçə gün sonra Ruslan Məmmədov Seymur Verdiyevlə cinsi əlaqədə olmasını dostu Fərid Xəmmədliyə danşıb. Sonra dostlar Seymur Verdiyevlə cinsi əlaqədə olmaq qərarına gəliblər. Bu məqsədlə Ruslan və Fərid həmin ilin oktyabrın əvvəllərində Seymur Verdiyevə hədə-qorxu gələrək 10 nömrəli evin həyətindəki yarımçıq tikiliyə aparıblar. Orada Ruslan və Fərid onunla cinsi əlaqədə olublar. Daha sonra dostlar bu barədə heç kimə deməməsi barədə Seymur Verdiyevə hədə-qorxu gəliblər.
Beləliklə, Ruslan və Fərid oktyabr ayının ayrı-ayrı günlərində Seymur Verdiyevlə 5 dəfə cinsi əlaqədə olublar və ona qarşı əxlaqsız hərəkətlər ediblər. Bu məsələdən daha sonra Ruslan və Fəridin tanışları – İlham Dəmirli xəbər tutub. O, İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən Aslan Eminov adına 7 saylı tam orta məktəbin həyətində, dərs saatlarından sonra futbol oynayan Seymur Verdiyevi görüb.
Futbol oynayandan sonra İlham Dəmirli Seymuru məktəbin tualetinə aparıb. O, Seymura bir neçə gün əvvəl Ruslan Məmmədovun ona qarşı etdiyi seksual xarakterli zorakılıq hərəkətlərini mobil telefonu ilə videoya çəkdiyini deyib. Bununla da İlham Dəmirli Seymurun onunla əlaqədə olmadığı təqdirdə həmin videonu anasına göstərəcəyi ilə qorxudub. O, Seymura psixi zor tətbiq edərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bu hadisədən sonra İlham Dəmirli Seymurla daha bir neçə dəfə cinsi əlaqədə olub. İlham Dəmirli sonuncu dəfə Seymur Verdiyevlə 2014-cü ilin avqustun 9-da cinsi əlaqədə olub. İlham və digər şəxslərin hərəkətlərindən Seymurun valideynləri xəbər tutub. Onlar baş verən hadisə barədə hüquq-mühafizə orqanlarına şikayət ediblər. Şikayət əsasında Ruslan Məmmədov, onun həmyaşıdları Fərid Xəmmədli və İlham Dəmirli həbs edilib.
Təqsirləndirilən şəxslərin hər biri orta məktəbin 10-cu sinif şagirdi olublar. Onların barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham ediliblər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan Məmmədov 9 il, Fərid Xəmmədli 8 il 6 ay, İlham Dəmirli 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların cəzalarını ümumi rejimli tərbiyə müəssisəsində çəkmələri barədə qərar qəbul edilib.
Hacı Zeynalov, teleqraf.com
Short URL: http://www.cumhuriyyet.net/?p=81349