Rusiyanın iqtisadi inkişaf naziri həbs edildi

15.11.2016 - 09:30

alexeiulyukayevbricsscosummitsrussiasfdlvzxfy8ilRusiya İstintaq Komitəsi ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açıb.

Nazir artıq saxlanılıb, ona qarşı həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

İstintaq Komitəsinin məlumatına görə, A. Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə 2 milyon dollar məbləğində rüşvət alıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, nazir rüşvət alan zaman saxlanılıb. Hazırda faktla bağlı istintaq-əməliyyat tədbiri həyata keçirilir.

60 yaşlı Aleksey Ulyukayev 2000-2004-cü illərdə maliyyə nazirinin birinci müavini, 2004-2013-cü illərdə Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini olub. 2013-cü il, iyunun 24-dən iqtisadi inkişaf naziri vəzifəsində çalışır.

***

Aleksey Ulyukayevə qarşı çox ciddi ittiham irəli sürülüb

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

“İndi gecədir. Prezidentin bu barədə məlumatlandırılmasından bixəbərəm. Hər halda Ulyukayevə qarşı ciddi ittiham irəli sürülüb. Yekun qərar isə, təbii ki, məhkəmə tərəfindən verilə bilər”, deyə Peskov qeyd edib.

Xatırladaq ki, Rusiya İstintaq Komitəsi ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı rüşvət ittihamı ilə cinayət işi açıb. Nazir artıq saxlanılıb, ona qarşı həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=81868

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31