Azərbaycanda 1 saytın 3 əməkdaşı həbs edildi

15.11.2016 - 11:40

tereqqiBiləsuvarda jurnalistlər tutulub.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Bəydili kənd sakini Leyli Xudaverdiyeva polisə müraciət edərək özlərini “Tərəqqi TV” (tereqqi.tv) xəbər portalının baş redaktoru Aygün Həsənova, redaktor müavini Nahid Babayev və müxbir Elmir Əsgərov kimi təqdim edən şəxslərin Xırmandalı kəndində ona məxsus yeməkxanaya gəldiklərini, obyektdə əxlaqsızlıq yuvası saxlamasını iddia edərək bununla bağlı videoçəkiliş apardıqlarını və görüntünü sosial şəbəkədə yayacaqları ilə hədələyərək ondan 500 manat pul istədiklərini bildirib.

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adları çəkilən şəxslər Leyli Xudaverdiyevadan 200 manat pul alarkən tutulublar.

Onların rayonun Arazbarı kəndində kənd sakini Əli Quliyevə və Hacırüstəmxanlı kəndində İmişli rayon sakini Fazilə Səfərovaya məxsus yeməkxanalara gələrək eyni üsulla Əli Quliyevdən 100 manat pul almaları, Fazilə Səfərovadan isə 500 manat tələb etmələri də müəyyənləşib.

Short URL: http://www.cumhuriyyet.net/?p=81887

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31