Atatürk Liseyinin müdiri vəfat etdi – Bakıda

16.11.2016 - 11:18

14102168_1229746683716191_8607097764323966249_n1479279506Bakı Atatürk Liseyinin direktoru Əli Devrim dünən axşam saatlarında  dünyasını dəyişib.

Liseyin “Okul Ailə Birliyi”nin rəhbəri Aida Bəndəliyeva məlumatı təsdiqləyib.

“Dünən Əli müəllim işdə olub və səhhətində heç bir problemi olmayıb. Axşam evə gedəndə qəfil halı pisləşib. Dərhal iş yoldaşlarından birinə zəng edib. Cəhdlərə baxmayaraq,  ürək tutmasından dünyasını dəyişib”.

Aida Bəndəliyevanın sözlərinə görə,  liseyin direktoru çox böyük hörmət qazanmışdı.

“Əli müəllim, çox yaxşı insan idi. Həm ailə başçısı kimi həm də kollektivdə böyük hörmət qazanmışdı. Bu dəqiqə liseyin müəllim və şagird heyəti xəbərdən çox üzülüb. Burada  çox yaxşı qayda-qanun yaratmışdı. Liseydə hər kəs özünü evindəki kimi hiss edirdi. Bir adamın ondan narazılığı yox idi”.

Birliyin rəhbəri, Əli Devrimin ailəsindən də söz açıb.

“Ailəsi Azərbaycanda yaşasa da, Əli müəllimin halı pisləşəndə evdə heç kəs olmayıb. Xanımı Xədicə Devrim 10 gün olar ki, Türkiyəyə getmişdi. İki övladı var. Mərhumun nəşi xəstəxanadadır. Bu gün liseydə vida mərasimi keçiriləcək. Daha sonra dəfn olunmaq üçün Türkiyəyə aparılacaq”

Short URL: http://www.cumhuriyyet.net/?p=81970

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31