Azərbaycanlı müğənni 12 il azadlıqdan məhrum edildi

16.11.2016 - 13:37

a3b584b8-25a4-4581-adfc-db2afc3256bc_w987_r1_sƏslən azərbaycanlı olan tanınmış Türkmənistan müğənisi Nazir Həbibov narkotik ittihamı ilə 12 il azadlıqdan məhrum edilib.

O, istifadə etmək üçün dəfələrlə narkotik maaddə əldə etməkdə ittiham olunur.

Kütləvi İnformasiya vasitələrinin məlumatına görə, hökumət nümayəndələri məhkəmədən sonra müğənninin həyat yoldaşı Rita ilə görüşüb və ondan heç kimə müsahibə verməməyi tələb ediblər.

Başqa bir məlumata görə isə avqustun 28-də Nazir Həbibovla yanaşı başqa digər tanınmış müğənni Hacı Yazməmmədov da saxlanıb, amma bir müddət sonra o, sərbəst buraxılıb.

Nazir Həbibov bu yaxınlarda Türkmənistan dövlət televiziyasının efirində narkotik qəbul etməsini etiraf eləmiş və üzr istəmişdi.

Azərbaycanlı ailəsində doğulan Nazir Həbibovun həyat yoldaşı Rita da azərbaycanlıdır.

Türkmənistanda ən bahalı toy müğənnilırindən olan Nazir Həbibovun həm də çoxsaylı klib və albomları var.

Short URL: http://www.cumhuriyyet.net/?p=82004

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31