Nazirlik 163 milyon manatlıq iddia qaldırdı

16.11.2016 - 15:40

rabit%c9%99-v%c9%99-yuks%c9%99k-texnologiyalar-nazirliyiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası fasilədən sonra davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda bildirilib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqsirləndirilən şəxslərə qarşı 163 milyon manat mülki iddia qaldırıb.

Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, birliyin baş mühasibi Anar Mustafayev, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov ,“Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov və MMC-nin baş mühasibi Səhrab Hümbətov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunurlar, onların barəsində həbs qətimkan tədbiri seçilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=82015

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31