Sara Aşurbəylinin barelyefi oğurlandı – FOTO

16.11.2016 - 16:41
2dd18b84774fTarixçi alim Sara Aşurbəylinin 1906-cı ildə doğulub, yaşadığı Bakı şəhəri Vidadi 148 ünvanında yerləşən mənzilinin qarşısındakı barelyef oğurlanıb. 
Bu barədə musavat.com-a həmin evin hazırkı sahibləri məlumat veriblər. Barelyefdə Sara Aşurbəylinin fotosu, onun 1906-cı ildə bu evdə anadan olub, yaşaması haqqında məlumat yazılıbmış.
Eyni zamanda orada yaşayan qonşular, digər bir sıra hallardan da şikayətləniblər. Məsələni yerində araşdırmaq üçün deyilən ünvana yollandıq. Öyrəndik ki, həmin ərazidə sakinlər yaxınlıqdakı barların, pivəxanaların əlindən cana doyublar.
İlk olaraq onu qeyd edək ki, Sara Aşurbəyli orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olub və boyakarlıq əsərlərinin müəllifidir. O, 2001-ci ildə vəfat edib.
Sara Aşurbəylini mərhum prezident Heydər Əliyev də yüksək dəyərləndirib. Belə ki, H.Əliyev alimin 90 illiyi münasibətilə ona göndərdiyi məktubda Sara xanımın elmi və ictimai fəaliyyətini belə səciyyələndirib: “Sizin tarixi həqiqətlərə istinad edən fundamental elmi tədqiqatlarınız Azərbaycan elminə sədaqətlə xidmətin parlaq nümunəsidir”.
Bildirilir ki, oğurlanan barelyef də Heydər Əliyevin göstərişi ilə onun vaxtı ilə yaşadığı mənzilin girişinə vurulubmuş.
Ərazidə olduğumuz zaman söhbət etdiyimiz qonşular xahiş etdilər ki, onların adlarını yazımızda qeyd etməyək. Bildirdilər ki, qorxurlar, hətta o qədər qorxurlar ki, axşam saatlarında eyvanlarına belə çıxa bilmirlər.
Bunun səbəbini isə aşağıdakı kimi anlatdılar: “Bu evin aşağısında “İnfiniti” bar yerləşirdi. Həmin bar bizim üçün əsl kabusa çevrilmişdi. Belə ki, gecə saatlarında səs-küydən burada durmalı deyildi. Eyvana çıxdığımız zaman barı işlədənlər bizə qışqırırdılar ki, girin içəri… Gecə küçə söyüşləri söyürdülər. Bir sözlə vəziyyət dözülməz idi. Qonşular yığışıb, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət etdi. Nəticədə, bu günlərdə sözügedən barı bağladılar. Barı İran vətəndaşı işlədirdi. İndi bu bar bağlanandan sonra noyabrın 13-dən 14-nə keçən gecə, gəlib Sara Aşurbəylinin barelyefin oğurlayıblar. Barelyef iri mismarlarla beton divara vurulmuşdu. Onu da çıxarıb, söküb aparıblar. Ərazidə gecələr o qədər səs-küylü olur ki, beton divardan barelyefi söküb çıxarıblar, səsi eşitməmişik”.
Qonşular bildirdilər ki, barelyefin oğurlanması ilə bağlı müvafiq orqanlara, polisə məlumat veriblər.
Həmçinin onlar yaxınlıqda yerləşən pivə kafelərindən də şikayətləndilər. Bildirdilər ki, hər axşam səs-küydən küçəyə çıxmalı deyil. Hər cür səviyyədə olan adama rast gəlinir.



Short URL: http://www.cumhuriyyet.net/?p=82029

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31