Məktəb direktoru şərlədi, 17 yaşlı Mehriban atasının gözü qarşısında intihar etdi

18.11.2016 - 10:35

rrTürkiyənin “Milliyet” qəzeti xəbər verir ki, müəllimi tərəfindən böhtan atılan 17 yaşlı Mehriban Şimşek bunu qüruruna sığışdırmayıb. O, atasının maşını ilə gedərkən qəfildən qapını açaraq yola atılıb. Mehriban müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Hadisə isə belə baş verib: Mehriban və sinif yoldaşı Oğuzhan məktəbin həyətində oturub söhbət edərkən qızın saçına yarpaq düşüb. Oğuzhan Mehribanın saçındakı yarpağı götürərkən müəllimləri onları görüb. Müəllim şagirdləri danlayıb. “Həyətdə oturub yersiz hərəkətlər edirsiniz”. Müəllim şagirdləri danladıqdan sonra onları müdirin yanına aparıb. Müdir uşaqların valideynlərini məktəbə çağıraraq onlardan valideynlərinə şikayət edib. Müdir qızla oğlana böhtan ataraq valideynlərinə deyib: “Qızınız məktəbdə uyğunsuz hərəkətlər edib. Ya siz özünüz məktəbdən çıxarın, ya da biz qovacağıq”.
Valideyn isə buna etiraz edib. Ata qızını da maşına mindirərək məktəbdən uzaqlaşıb. Müdirin və müəllimin sözlərini qüruruna sığışdırmayan Mehriban maşın hərəkətdə ikən qapını açaraq özünü yerə atıb.(milli.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=82179

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31