Əxlaqsız direktor işdən qovuldu

18.11.2016 - 13:09

ceyhunexZərdabın Şahhüseynli kəndində şagirdinə qarşı seksual hərəkətlər etməkdə təqsirləndirilən məktəbin direktor əvəzi Ceyhun Tofiqli işdən çıxarılıb.

Bu barədə Zərdab rayon Təhsil Şöbəsindən bildirilib. C. Tofiqlinin vəzifəsinə noyabrın 16-dan xitam verilib.

Xatırladaq ki, bir neçə gün əvvəl şagirdinə qarşı seksual xarakterli zorakılıq əməli törətməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılan Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli sərbəst buraxılıb. Zərdab rayon Polis Şöbəsindən verilən məlumata görə, C. Tofiqlinin izahatı alınıb və o, sərbəst buraxılıb.

Hadisə ictimailəşəndən sonra qızın valideynləri müraciətlərini geri götürüblər. Onlar hər hansı seksual xarakterli zorakılığın şahidi olmadıqlarını bildiriblər.

Bildirilir ki, kənd sakinləri C.Tofiqlinin yenidən məktəbə rəhbərlik etməsinin, ümumiyyətlə Şahhüseynlidə yaşamasının əleyhinədir. Onlar direktoru kəndə buraxmayacaqlarını deyiblər.

Qeyd edək ki, C.Tofiqli daha əvvəl 2 dəfə ailə qurub və boşanıb. Onun 3-cü həyat yoldaşı isə məlum hadisədən sonra 2 uşağını da götürərək Cəlilabada – ata evinə qayıdıb.(qaynarinfo.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=82218

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31