BİABIRÇILIQ: Arvadının gözü önündə baldızına təcavüz etdi
Baldızına təcavüz edən şəxsə prokuror 15 il həbs cəzası tələb edib. A24.Az xəbər verir ki, hadisə Türkiyənin Gerede ilçəsində baş verib. İddiaya görə, Ahmet T. bir müddətdir evlərində qalan baldızı R.Y-ya 2 dəfə bacısının yanında, bir dəfə isə təklikdə təcavüz edib.
Gənc qız başına gələnlərdən sonra polisə müraciət edib. Əvvəlcə ittihamları qəbul edən yeznə daha sonra ona zor tətbiq edildiyini və ona görə haqqında səslənən ittihamları qəbul etdiyini bildirib. “Mən baldızıma bir dəfə ayaqları çöldə qaldığı üçün xəbərdarlıq etdim. Buna görə mənə qarşı hirsli ola bilər. Bir neçə dəfə ona toxunmuş ola bilərəm amma təcavüz məqsədi güdməmişəm. Mənə niyə bu cür şər atdığını bilmirəm. Bu böhtanlara görə, həyat yoldaşımdan boşanmaq üzrəyəm”.
Short URL: http://www.cumhuriyyet.net/?p=82233