Bakıda dəhşət: məhkəmə zalında üzərinə benzin tökdü…

18.11.2016 - 16:43

1Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elməddin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Ağayev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə zalında hökmdən narazı qalan təqsirləndirilən şəxsin yaxını olan qadın üzərinə benzin tökərək intihara cəhd edib.

İntihara cəhdin qarşısı alınıb.

Qeyd edək ki, qətl hadisəsi Bakıda, Nobel prospekti, 110 ünvanında qeydə alınıb. Qətlə yetirilən Ələddin Qarayevin oğlu Əmrah Qarayev Nobel prospekti 110 ünvanında yerləşən kafedə kafe sahibinin mühafizəçisi Elməddin Ağayevlə mübahisə edib, aralarında dava olub. Daha sonra Əmrah Qarayev kafenin yaxınlığındakı evinə gedib. Elməddin Ağayev və qardaşı Niyaməddin Ağayev Əmrah Qarayevin yaşadığı evə gəliblər. Evin qarşısında tərəflər arasında növbəti dəfə dava düşüb. Elməddin Ağayev əlindəki bıçaqla Əmrah Qarayevin boğaz nahiyəsinə xəsarət yetirib. Əmrah Qarayevin atası Ələddin Qarayev oğluna kömək etməyə çalışanda Elməddin Ağayev onu da bıçaqlayıb. Ata və oğul xəstəxanaya aparılıblar. Ələddin Qarayev yolda ölüb, Əmrah Qarayev isə xəstəxanaya çatdırılıb.(APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=82271

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31