Azərbaycanlı satıcı ondan pulsuz şaurma tələb edən kişini öldürdü
Rostovda satıcı ondan şaurmanı (Şərq fast-fudası) pulsuz tələb edən kişini öldürüb. Cumhuriyyet.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Hadisənin şahidləri danışıblar ki, noyabrın 19-da, gündüz, bir balaca içmiş kişi Lenin küçəsində yerləşən kioskdakı satıcı ilə mübahisə edib. Qalmaqal səbəb alıcının aldığı şaurmanın pulunu ödəmək istəməməsi olub.
Alıcının israr etdiyini görən satıcı- Azərbaycandan olan 26 yaşlı Aslan Sadıx ət doğradığı bıçağı götürərək onu alıcının sinəsinə saplayıb. Sonra da öz dostunun müşayiəti ilə hadisə yerini tərk edib.
Polis hazırda cinayətkarı axtarır.
Short URL: http://www.cumhuriyyet.net/?p=82419