AİLƏ FACİƏSİ: Ata iki oğlunu və arvadını qətlə yetirib, niyə intihar etdi? – VİDEO

21.11.2016 - 13:14

bicaq1Ötən gün Türkiyədə atanın iki övladını və həyat yoldaşını öldürdükdən sonra intihar etməsinin təfərrüatları məlum olub. A24.Az xəbər verir ki, Adana şəhərində Ali Keklik adlı kişi həyat yoldaşı Sibel Kekliklə aralarında bir neçə müddətdir davam edən münaqişədən sonra qəddar əmələ imza atıb.
15 yaşlı oğlu Okan Kekliyin və 13 yaşlı Özgür Kekliyin boğazını kəsən ata, arvadını odunla döyərək qətlə yetririb. Paltarını dəyişərək evdən çıxan Keklik qohumları ilə vidalaşdıqdan sonra geri dönüb və intihar edib. Yaxınlarının sözlərinə görə, ailədə söz-söhbətə səbəb Ali Kekliyin evi satmaq istəməsi olub. “Evi satıb kəndə gedək, yoxsa bu evi isə məzar edəcəm” deyən ər sonunda dediyini edib.
Sibel Keklik isə ərinə övladlarının burada təhsil aldığını, onları narahat etmək istəmədiyini bildirib. Köhnə əşyaların satışı ilə məşğul olan Ali Kekliyin tez-tez spirtli içki qəbul etdiyi də ortaya çıxıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=82505

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31