Keçmiş polis özünü güllələdi – Bakıda

22.11.2016 - 09:53

50409bd5-61e1-46c7-bb68-e8fb658a5fa6Bakıda təqaüddə olan polis ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

Hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində Allahyarov Şəmşəddin Nurəddin oğluna məxsus evdə qeydə alınıb.

Belə ki, ev sahibi 52 yaşlı Ş.Allahyarov ov tüfəngini təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə o, sol biləyindən xəsarət yetirib.

Yaralı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, Ş.Allahyarovun sol qolu əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, Ş.Allahyarov Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində polis mayoru kimi fəaliyyət göstərib. 6 ay bundan öncə o təqaüdə çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=82587

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31