500 azərbaycanlı İraq-İran sərhədində saxlanıldı

22.11.2016 - 17:06

img-20161122-wa0005Kərbəlaya ziyarət gedən azərbaycanlıları daşıyan avtobuslar İraq sərhədini keçdikdən sonra İranın Mehran sərhəd keçid məntəqəsində saxlanılıb.

Bu barədə APA-ya hazırda İran ərazisində olan azərbaycanlı zəvvar Mirələm Həşimov məlumat verib. O bildirib ki, 16 saatdır, İran ərazisindədirlər, sərhədçilər avtobusları  buraxmırlar. İçərisində azərbaycanlılar olan 7 avtobus sərhəddə qalıb: “500-ə yaxın azərbaycanlı sərhəd məntəqəsində gözləyir. İnsanlar buraxılıb, sərbəstdirlər. İran ərazisində zəvvarların təhlükəsizliyini təmin edən sığorta şirkəti tərəfindən verilən hansısa sənədlərin qaydasında olmadığı deyilir. Şirkətin nümayəndəsi sənədləri düzəltmək üçün götürüb, lakin geri qayıtmayıb. Sənədi düzəltmək üçün hər avtobus üçün 200-250 dollar istəyirlər. İnsanlar ona da razıdırlar. Çünki burada 2 sutkadan çox gözləyən azərbaycanlılar var”.

Short URL: http://www.cumhuriyyet.net/?p=82679

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31