Bakıda lal qıza qarşı amansızlıq: saçını kəsib cibinə yığdılar

24.11.2016 - 12:08

rrBakıda nitq qüsurlu qadın döyülüb. Cumhuriyyet.az-ın “report”a istinadən verdiyi xəbərə görə, hadisə Yeni Günəşli qəsəbəsi V massivi bina 21-də qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Bədəlova Bəsti Allahverdi qızı qonşular tərəfindən binanın blokunda tapılıb.
Məlum olub ki, B.Bədəlova döyülüb, onun üz və bədən nahiyəsinə xəsarətlər yetirilib, saçının bir hissəsi isə cibinə yığılıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Qeyd edək ki, B.Bədəlova mənzildə tək yaşayır. Hadisə vaxtı isə mənzilin qapısı açıq olub.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=82871

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31