İş adamları Lotu Quliyə qarşı – Silahlı dəstələr

24.11.2016 - 14:37

lotu-quliHazırda Azərbaycanda həbsdə olan Lotu Quli ləqəbli kriminal avtoritet Nadir Səlifovun adamlarının Ukraynada yaşayıb işləyən azərbaycanlı biznesmenləri incitdiyi, onları ağır “vergi”lərə məhkum etdiyi, bu pulları verməyənləri isə döydürdüyü, qaçırdığı barədə məlumat verilmişdi.

Ukraynada işləyən azərbaycanlılardan verilən məlumata görə, biznesmenlər mərhum kriminal avtoritet Rövşən Lənkəranski ilə aralarında olan davanın qisasını azərbaycanlı iş adamlarından almağa çalışan Lotu Quliyə qarşı tədbir görməyə başlayıb. Ukraynada işləyən azərbaycanlılar Qulinin adamlarının özbaşınalıqlarından bezərək onlara adekvat cavab verməyə qərar veriblər. Biznesmenlər avtoritetin adamlarının onlardan tələb etdiyi xəracın az bir hissəsini öz aralarında toplayaraq xüsusi dəstələr yaratmağa başlayıblar. Həmin dəstələr oradakı biznesmenlərin mühafizələrini təşkil edəcək və Lotu Qulinin adamlarının təhdidlərinə adekvat cavab verəcək.

Mənbə onu da əlavə edir ki, iş adamları artıq Bakıdakı əlaqələrindən istifadə edərək, Lotu Qulinin Ukraynada və Azərbaycandakı adamlarının yaxın ətraflarının da siyahısını hazırlayır. Məlumata görə, bu işlərdə onlara mərhum Lənkəranskinin Bakıdakı və Kiyevdəki adamları köməklik göstərir. Ukraynadakı silahlı mühafizəçiləri də azərbaycanlı iş adamlarına məhz Rövşənin yaxın adamları tövsiyə edib.

Biznesmenlərdən əldə olunan məlumatlardan belə görünür ki, bu qovğa hələ yenicə başlayır və xərac davası Ukraynada hələ çox azərbaycanlının qanını axıdacaq.(Bakipost.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=82892

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31