Bərdədə məmurun evi yandı: ölən və yaralanan var

24.11.2016 - 14:40

237454Bərdə rayonunda fərdi yaşayış evi yanıb.  

Hadisə rayonun Nüşabə küçəsində, Bilman Şadlinskiyə məxsus evdə baş verib.

Belə ki, noyabrın 23-dən 24-nə keçən gecə ikimərtəbəli evin birinci mərtəbəsində başlayan yanğın tezliklə 8 otaqlı evi bürüyüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin Bərdə rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə, ev sahibinin bibisi, 76 yaşlı Sülhiyyə Şadlinskaya yanaraq dünyasını dəyişib. Ev sahibinin həyat yoldaşı Aygun Şadliniskaya isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

İlkin ehtimala görə, yanğına evin birinci mərtəbəsində içərisinə qaz borusu quraşdırılmış odun sobası səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bilman Şadlinski Bərdə Rayon Məşğulluq Mərkəzinin direktorudur.

Short URL: http://www.cumhuriyyet.net/?p=82893

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31