Əxlaqsız direktorun əşyaları əlindən alındı

25.11.2016 - 13:45

ceyhun_tofiqliZərdab rayonu, Şahhüseynli kənd orta məktəbin direktor əvəzi Ceyhun Tofiqli kənd camaatı içərisinə çıxa bilmir.

Bu haqda adının çəkilməsini istəməyən Şahhüseynli kəndinin rəsmisi deyib.

O bildirib ki, işdən çıxarılan C.Tofiqli hazırda vaxtını əsasən evində keçirir:

“Hadisələrdən sonra qayınatası onlara gəldi. Qayınata Ceyhun saxlanıldığı müddətdə qızı və nəvələrilə birlikdə qaldı. Amma o buraxıldıqdan sonra qızı və nəvələrini götürərək özünün Cəlilabaddakı evinə getdi”.

O, C.Tofiqlinin ata-anasının olmadığını deyib:

“Onun dayısı Tofiq Şirəliyev xalası qızı ilə evlənib. Onların övladı olmadığından Ceyhunu övladlığa götürüblər. Dayısı onu evləndirib, ailə sahibi edib, toyundan sonra ev verib. Amma o, bütün bunların qarşılığında naxələflik etdi. Həm özü biabır oldu, həm də ailəsi dağıldı”.

Kənd rəsmisi eyni zamanda qeyd edib ki, C.Tofiqli saxlanıldığı müddətdə bir çox şəxsi əşyaları, o cümlədən mobil telefonu istintaq materialı kimi əlindən alınıb.

Məsələ ilə bağlı Zərdab Rayon Prokurorluğundan verilən növbəti açıqlamada isə istintaq işinin davam etdiyi bildirilib:

“O sərbəst buraxılsa da, nəzarətdədir. Mütəmadi olaraq çağırılır və ifadəsi alınır. Hazırda işlə bağlı araşdırmalar davam edir”.

Zərdabın Şahhüseynli kəndində şagirdinə qarşı seksual hərəkətlər etməkdə təqsirləndirilən məktəb direktoru Ceyhun Tofiqlinin vəzifəsinə noyabrın 16-da xitam verilib.

C.Tofiqli daha əvvəl 2 dəfə ailə qurub və boşanıb.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=83006

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31