Bakıda bir ailə mənzildə uşaqları ilə birlikdə yanaraq öldü

29.11.2016 - 09:25

rrBakı şəhəri, Nizami rayonunda yaşayış binasının ümumi sahəsi 210 kv.metr olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 kv.metr sahədə yanmışdır.
“A24.az” “Report”a istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1983-cü il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il təvəllüdlü Babaşova Cəvahir Əlövsət qızı və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb və aidiyyatı üzrə təhvil verilmişdir.
Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Short URL: http://www.cumhuriyyet.net/?p=83254

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31