Bakıda polis əməkdaşı avtomobillə piyadanı vurdu

29.11.2016 - 14:29

polisBakının Nərimanov rayonunda polis əməkdaşının idarə etdiyi avtomobil yolu keçən piyadanı vurub.

“Report”un xəbərinə görə, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Süleymanov Şamxal Fəxrəddin oğlu yolu keçmək istəyərkən onu 90 ZT 571 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobil vurub.

Nəticədə Ş.Süleymanovun iki ayağı sınıb. Yaralı qəzanı törədən avtomobilin sürücüsü tərəfindən xəstəxanaya çatdırılıb. Ş.Süleymanov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, qəzanı törədən “VAZ 2107” markalı avtomobilin sürücüsü Sadıqov Nadir Nurəddin oğlu Baş Mühafizə İdarəsinin əməkdaşıdır. O, qəzanı törədərkən xidmətdə olub.
Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=83311

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31