Bakıda “Təcili yardım” maşını qəzaya düşdü: xəstə öldü, tibb bacısı yaralandı

02.12.2016 - 10:05

rrBakıda “Təcili yardım” avtomobili qəzaya uğrayıb, xəstə ölüb. Hadisə Suraxanı rayonu ərazisində, Hövsan yolunda baş verib. Belə ki, Suraxanı rayonu 11 saylı Təcili Yardım Stansiyasının 24 nömrəli “Təcili yardım” avtomobili çağırış əsasında Hövsan qəsəbəsi Koorporativ ev 14 ünvanından kəskin mədə ağrısı ilə 61 yaşlı Əliyev Faiq Qədir oğlunu xəstəxanaya çatdırmaq istəyib. Hövsan yolunda “Azsamand” markalı avtomobil qəfildən “Təcili yardım” maşınına çırpılıb.
Əraziyə digər “Təcili yardım” avtomobili cəlb edilib. Lakin qəza nəticəsində yaralanan F.Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Onun yanındakı tibb bacısı isə qəza zamanı xəsarət alıb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=83561

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31