Bakıda toyda qətl – Aşıq Əlinin qohumu öldürüldü

05.12.2016 - 13:01

eliBakıda toy mərasimində qətl törədilib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayonun Qobustan qəsəbəsindəki “Qobustan” şadlıq evində keçirilən mərasimə qonaq kimi dəvət olunmuş 1989-cu il təvəllüdlü Vüsal Ağa oğlu Nemətov aralarında yaranmış şəxsi münaqişə zəminində 1979-cu il təvəllüdlü Fəxri Kamal oğlu Kərimovu bıçaqlayıb. F. Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb. V. Nemətov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Report agentliyinin məlumatına görə, F.Kərimov Aşıq Əlinin (Tapdıqoğlu) yaxın qohumudur.

“Qafqazinfo” məsələ ilə bağlı Aşıq Əli ilə əlaqə saxlayıb.  O, Fəxri Kərimovun qohumu yox, dostu olduğunu söyləyib.

“Məsələdən xəbərim var. O, mənim qohumum deyil, dostumdur. Biz bir arada böyümüşük, qohumdan da artıq olmuşuq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=83693

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31