Meşə torpağını zəbt edən şəxsin cəzasnı Ali Məhkəmə verəcək
Abbas Zeynalov adlı şəxsin guya Ekologiya və Təbii Sərvətlər Nazirliyini məhkəmədə udması ilə bağlı yayılmış məlumata dair redaksiyamıza yeni xəbər daxil olub
Daxil olan məlumatdan aydın olur ki, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı Ekologiya Nazirliyi ilə bağlıı deyil, sadəcə olaraq A.Zeynalovla bağlı məsələnin Sumqayıt məhkəməsində baxılması ilə əlaqədardır.
İstənilən məhkəmə qərarının əsaslılığı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində Ali məhkəmə tərəfindən yoxlanılır və Ali məhkəmənin yekun Qərarı olmadan təsdiqini tapmır. Eyni zamanda öyrəndik ki, Ali məhkəmədə artıq Sumqayıt məhkəməsinin bu cür qərardadı təəccüblə qarşılanıb və nəzarətə götürülüb. Qısa zamanda bunula bağlı Ali Məhəmə öz mövqeyini bildirəcək.
Xatırladaq ki, Abbas Zeynalov adlı şəxs əlində heç bir sənəd olmadan meşə fondunu zəbt etmiş və ərazini özününküləşdirmək cəhdi alınmamışdır. Ərazidəki qanunsuz tikililər dövlət orqanları tərəfindən həmin ərazidən uzaqlaşdırılmışdır.
pia.az
Short URL: http://www.cumhuriyyet.net/?p=83749