Bərdədə tikinti materialları bazarı yanıb
Bu gün Bərdə rayonu, Qasımbəyli kəndində tikinti materiallarının satışı bazarının ərazisində vətəndaşa məxsus ümumi sahəsi 276 m2 olan taxta satışı talvarının yanar konstruksiyaları 77 m2 sahədə və talvarın altına yığılmış taxta qırıntıları yanıb.
FHN-in mətbuat xidməti xəbər verir ki, talvarın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=83776