“Qarabağ”ın futbolçusu dəhşətli qəza törətdi: ailənin bütün üzvlərini avtomobillə vurdu

08.12.2016 - 10:49
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, Əmircan qəsəbəsində Emin Babayevin idarə etdiyi “BMW X5” markalı, 90 OH 111 dövlət nömrə nişanlı  avtomobillə “Mercedes 180” markalı,  10 RB 542 avtomobil toqquşub. Nəticədə “Mercedes” markalı avtomobildə olan 1986-cı il təvəllüdlü Bağırova Günel Məzahir qızı və onun qucağında olan 2016-cı il təvəllüdlü oğlu Xalid Bağırov xəsarət alıblar. X. Bağırov xəstəxanaya aparılarkən ölüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə isə qəzanı tanınmış futbolçu, “Qarabağ”ın qapıçısı Emil Balayev törədib.
Hadisə Suraxanı rayonunda, Ağdam klubunun bazasının yanında baş verib. Belə ki, qolkiperin idarə etdiyi “BMW X5” markalı 10 0H 111 nömrəli avtomobil ilə “Mercedes” markalı avtomobili vurub.
“Mercedes”də olan 6 aylıq körpə ölüb. Valideynlərinin vəziyyətinin ağır olduğu bildirilir.
Yol-nəqliyyat hadisəsindən sonra Emil Balayev polis tərəfindən saxlanılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=83956

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728