Bakıda Dəniz mebel salonunun damı uçdu – Xəsarət alanlar var
Bakıda mebel salonunda bədbəxt hadisə baş verib.
Hadisə şahidləri xəbər veriblər ki, Nizami rayonundakı “Dəniz” mebel salonunun dam örtüyü uçaraq salonun ortasına düşüb.
Hadisə baş verən zaman işçilər salonda olublar.
Hadisə ilə əlaqədar Babək prospektinin bir hissəsi nəqliyyat üçün hərəkətə bağlanıb.
Qəza baş verən verən əraziyə bir neçə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb ediliblər. İlkin məlumata görə, xəsarət alanların olduğu bildirilir.
///Milli.Az
Short URL: http://www.cumhuriyyet.net/?p=84105