Bakıda toydan dönən bəy və gəlinin evi partladı – VİDEO

13.12.2016 - 23:39

Toy edən ailənin evi yanıb, bəy və gəlin yanıq xəsarətləri alıb. Cumhuriyyet.az Xezer TV-yə istinadən xəbər verir ki, hadisə ötən axşam paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsində, Etibar Ağayevə məxsus evdə baş verib.
Zərərçəkmiş ev sahibinin sözlərinə görə, hadisə onlar restorandan çıxıb evə gələndən sonra olub. Partlayışın ardından evdə güclü yanğın olub. Onlar alov içində olan bəy və gəlini tez evdən çıxarmağa cəhd ediblər. Bəy Zaur Ağayev üz və bədən nahiyyəsindən, gəlin isə yüngül yanıq xəsarətləri ilə dərhal xəstəxanaya aparılıblar.
Hadisə yerinə həmin vaxt 4 yanğınsöndürən avtomobil gəlsə də alov 4 otaqlı evi əşyaları ilə birlikdə yararsız hala salıb. Ev sahibinin sözlərinə görə, yanğına ilkin səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilir. Çünki hadisə vaxtı qaz bağlı olub. Bəy və gəlinin otağında isə bir ədəd elektriklə işləyən soba olub.
Hadisə yerindən Fövəqəladə Hallar Nazirliyinin ekspertiza qrupu nümunələr götürüb. Yanğının dəqiq səbəbi araşdırmanın sonunda bilinəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=84304

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728