Güclü külək cənub rayonlarında fəsad yaradıb

14.12.2016 - 11:33

Güclü külək Lerik rayonunu və Lənkəranın bir neçə kəndini işıqsız qoyub.

“Report”un məlumata görə, ötən gündən başlayaraq əsən güclü külək rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Elektrik xətlərində yaranan açılmalar səbəbi ilə Lerik rayonunun bütün kəndlərində və rayon mərkəzində elektrik enerjisinin verilişi dayandırılıb.

Qəzaların genişmiqyaslı olmasının qarşısını almaq üçün xətlər şəbəkədən ayrılıb. Elektrik şəbəkəsinin təmir briqadaları bərpa işlərinə başlayıb.

Lənkəran-Hamarat-Lerik 35 kilovoltluq hava xəttində açılmalar olduğundan Lənkəranın rayonunun bir neçə kəndi elektrik enerjisiz qalıb.

Hazırda rayon ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=84343

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728