Rusiyada insan oğurluğuna görə azərbaycanlı tutuldu

15.12.2016 - 16:16

Novosibirsk vilayətində insan oğurluğuna cəhdlə bağlı cinayət işi qaldırılıb.

Virtualaz.org xəbər verir ki, bu barədə mətbuata açıqlama verən Rusiya İstintaq Komitəsinin regional idarəsinin direktor müavini Anastasiya Kuleşova bildirib ki, şübhəli şəxs artıq həbs olunub.

Bu insan oğurluğunda təqsirləndirilən 51 yaşlı Azərbaycan vətəndaşıdır. Həbs olunan şəxsin kimliyi açıqlanmır.

İstintaqın nəticəsinə görə, şübhəli şəxsin maddi çətinlikləri olub, oyun cihazlarında oynamaqla əlaqədar borcu yaranıb, buna görə də, öz keçmiş rəhbərini – 34 yaşlı Novosibirsk sakinini oğurlayıb. O, öz cinayətkar planını reallaşdırmaq üçün tanışına zəng vurub və cinayətin törədilməsi üçün icraçılar tapmağı istəyib. Lakin bu xahişdən sonra həmin şəxs hüquq-mühafizə orqanlarına zəng edərək məlumat verib.

Cinayətin icraçıları qismində “əməliyyat”da polis əməkdaşları iştirak ediblər. Onlar oğurladıqları şəxsi Lenin rayonunda kirayələdikləri evə gətiriblər. Daha sonra həmin şəxsə zəng edərək sifarişinin yerinə yetirildiyini və gəlib təhvil almasını bildiriblər. Oğurluğun təşkilatçısı mənzilə gəldikdən sonra dərhal polis əməkdaşları tərəfindən həbs olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=84504

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728