Rusiyadan gətirilən tonlarla məhsul yandırıldı – təhlükəli xəstəlik aşkar edilib – FOTO

16.12.2016 - 13:15

Azərbaycanda karantin orqanizm aşkar olunan məhsul məhv edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Milli.Az-a verilən məlumata görə, qurum bu gün 10 tona yaxın karantin orqanizm aşkar edilmiş qarğıdalını yandıraraq məhv edib. Belə ki, Dövlət Xidməti bir neçə gün əvvəl Rusiya Federasiyasından ölkəmizə idxal olunmuş 1050 ton ərzaqlıq qarğıdalıda yovşanyarpaqlı ambroziya (Ambrosia artemisiifolia L.) aşkar edib.

“S.A.N.İ. Kəndli Fermer Təsərrüfatı” MMC-yə məxsus yükdən götürülmüş nümunələrin Dövlət Xidmətinin Karantin Ekspertiza Mərkəzinin müvafiq laboratoriyasında ekspertizası zamanı aşkar olunan alaq otu toxumunun karantin əhəmiyyətli olduğu müəyyən edilib və məhsulun ölkə daxilində satışına və istifadəsinə icazə verilməyib. Yük sahibinin diqqətinə çatdırılıb ki, karantin tədbirlər sisteminə riayət etmək şərti ilə yük xüsusi aqreqatlar vasitəsi ilə təmizlənməli, ayrılmış çıxar isə alaq toxumları ilə birlikdə məhv edilməlidir. Tələb olunan fitosanitar tədbirlər sistemi həyata keçirildikdən sonra məhsul təkrar yoxlanılmalı və ambroziya aşkar edilmədikdə, istifadə edilməsinə icazə verilməlidir.

Məhsul xüsusi aqreqatlar vasitəsi ilə təmizləndikdən sonra alınmış 10 tona yaxın ambroziya toxumları olan çıxar “S.A.N.İ. Kəndli Fermer Təsərrüfatı” MMC-nin Bərdə rayonunun Çələbilər kəndindəki ərazisində 15 dekabr 2016-cı il tarixində yandırılma yolu ilə məhv edilib.

Qeyd edək ki, yovşanyarpaqlı ambroziya təhlükəli alaq bitkisidir. İnkişaf etmiş yerüstü və kök sistemi sayəsində bu alaq otu torpağı çox qurudur və münbitliyi azaldır. Ambroziya qalıqları qarışmış yem ilə qidalanmış heyvanların südü və süd məhsulları acı dadlı olmaqla yanaşı, xoşagəlməz iy verir. Yovşanyarpaqlı ambroziya təhlükəli alaq otu olmaqla yanaşı, həm də insan sağlamlığı üçün təhlükəlidir. Belə ki, çiçəklənmə dövründə havaya yayılan çoxsaylı tozcuqları insanlarda müəyyən allergik xəstəliklər – ambroziya polinozları əmələ gətirir. Bu insanlarda tənəffüs yolları və gözün selikli qişası şişir, tənəffüs çətinləşir, görmə və ümumilikdə iş qabiliyyəti zəifləyir. Bir müddət sonra allergik reaksiyalar bronxial astmaya çevrilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=84573

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728