Bakıda avtobus sürücüləri sərnişini zorladılar

16.12.2016 - 15:36

Bakıda avtobus sürücüləri 30 yaşlı qadını döyərək zorlayıblar.

Cumhuriyyet.az report-a istinadən xəbər verir ki, hadisə 4-cü mikrorayonda qeydə alınıb.

Məlumata görə, 30 yaşlı A.Q. (şərtidir) adlı qadın Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, o, 65 nömrəli sərnişin avtobusunda həmin avtobusun sürücüsü (adı açıqlanmır) ilə tanış olub. Bir neçə gün sonra isə sürücünün evindəki qonaqlıqda iştirak edib.

O, yeyib-içmək məclisində tanımadığı şəxsin (sonradan onun 61 nömrəli avtobusun sürücüsü 1979-cu il təvəllüdlü Tacəddin Zeynalov olduğu aydınlaşıb) qeyri-etik hərəkətlərinə etirazını bildirib.

Bundan sonra sürücülər A.Q.-nı zorlayıblar. Hadisə yerinə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin əməkdaşları gəliblər.
Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hər iki şəxs tutulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=84609

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728