Bakıda sərnişin avtobusu qəza törədib: Ölən var

21.12.2016 - 12:54

Bakıda sərnişin avtobusu qəza törədib, ölən və yaralanan var.

Cumhuriyyet.az Report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, sərnişin avtobusu yüksək sürətlə gələrkən idarəetməni itirərək əvvəlcə dayanacaq yaxınlığında olan taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobilin sürücüsü Mahmud Cəfərovu, sonra isə onun avtomobilini vurub. “Mercedes” markalı avtomobil zərbənin gücündən Bakı Olimpiya Stadionunun ərazisinə düşüb.

M.Cəfərov hadisə yerində ölüb. İdaretməni itirən avtobus dayancağa çırpılıb. Nəticədə dayanacaqda avtobus gözləyən sərnişin – 49 yaşlı Zülfüqarova Mələk ağır kəllə-beyin travması alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=84880

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728