Sumqayıt Texnologiyalar Parkında partlayış – XƏSARƏT ALAN VAR
Sumqayıtda sexdə partlayış olub.
APA-nın məlumatına görə, hadisə Tağıyev qəsəbəsində yerləşən Texnologiyalar Parkında qeydə alınıb.
Balon doldurma sexində balonun partlaması nəticəsində orada işləyən, 1960-cı il təvəllüdlü Kamandar İslam oğlu Hüseynov xəsarət alıb. Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=85103