Hökumət evinin qarşısında piyada vuruldu (FOTOLAR)

05.01.2017 - 01:26
Bakıda avtomobil yolu qadağan olunmuş yerdən keçmək istəyən piyadanı vurub. Musavat.com-un məlumatına görə, hadisə Neftçilər prospektində, Hökumət evinin qarşısında baş verib. 47 yaşlı Eldar Qasımov yolu yeraltı piyada keçidindən yox, qadağan olunmuş yerdən keçmək istəyib. Binnət Əhmədovun idarə etdiyi Volkswagen markalı avtomobil piyadanı vurub.
Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Eldar Qasımovu sürücünün dostları 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıblar. Yaralı piyadanın sərxoş olduğu bildirilir. Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin və rayon Yol Polis Şöbəsinin əməkdaşları gəliblər. İlkin müayinələr keçirilib, sürücü Binnət Əhmədov ifadəsinin alınması üçün polisə aparılıb.
Qeyd edək ki, Neftçilər prospektinin Hökumət evinin qarşısından keçən hissəsində yeraltı piyada keçidi var. Amma bəzi piyadalar yolu keçmək üçün keçiddən istifadə etmək əvəzinə qadağan olunmuş yerdə həm özlərini, həm də sürücüləri təhlükəyə atmağa üstünlük verirlər. Həmin yerdə dəfələrlə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. (musavat.com)





Short URL: http://www.cumhuriyyet.net/?p=85264

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728