Bakıda polis avtomobili piyadanı vurub öldürdü
Bu gün Bakıda piyadanın ölümü ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.
Sabunçu Rayon Polis İdarəsindən (RPİ) APA-ya bildirilib ki, Çevik Polis Alayına məxsus “Fiat Doblo” markalı avtomobil yolu keçən piyada Telman Hacıyevi vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı RPİ-də araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=85739