Bakıda məhkəmə iclası zamanı təqsirləndirilən şəxs özünü ülgüclə doğrayıb

24.01.2017 - 16:05

Hakim Zeynəb Axundovanın köməkçisi virtualaz.org sayına açıqlamasında hadisənin məhkəmə zalında baş vermədiyini bildirib: ”Bu gün həmin şəxslə bağlı məhkəmənin hazırlıq iclası keçirilib.

Hadisə məhkəmə zalında deyil, dustaqlar saxlanıldığı yerdə baş verib”.

Oğurluqda ittiham olunan Şəhriyar Ağayev əvvəllər dəfələrlə məhkum olunub, residivistdir.

*   *   *15:07

Bakının Xəzər Rayon Məhkəməsində məhkəmə iclası zamanı təqsirləndirilən şəxs özünü ülgüclə doğrayıb.

Virtualaz.org saytı “Report”a istinadən xəbər verir ki, hadisə hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı baş verib.

Məlumata görə, məhkəmənin gedişindən narazı olan təqsirləndirilən Şəhriyar Abdullayev məhkəmə nəzarətçilərinin və proses iştirakçılarının gözləri qarşısında əvvəlcədən üzərində gizlətdiyi ülgüc ilə boğaz və qol nahiyələrinə xəsarət yetirib.

O, “Təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Şəhriyar Abdullayev Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə təqsirləndirilir.

Xəzər rayon Məhkəməsindən virtualaz.org saytına hadisəni nə təsdiq, nə də təkzib ediblər. Telefona cavab verən xanım isə “bizim bu haqda heç bir məlumatımız yoxdur, hakim hələ zaldadır” deməklə kifayətlənib.

Short URL: http://www.cumhuriyyet.net/?p=86222

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728