Bakıda şadlıq evində toy mərasimi zamanı dava düşüb, xəsarət alan var- FOTO

27.04.2017 - 09:35

Bakıda şadlıq evində toy mərasimi zamanı dava düşüb.

“Report”un xəbərinə görə, hadisə Nizami rayonunda fəaliyyət göstərən “Şəlalə” şadlıq sarayında qeydə alınıb.

Belə ki, şadlıq sarayında keçirilən toy mərasimi zamanı 24 yaşlı Mustafayev Şərif Rəfael oğlu qohumları ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib və Ş.Mustafayev dava zamanı şadlıq sarayının giriş qapısının şüşəsinə çırpılıb. Nəticədə onun qolunu şüşə kəsib. Çoxlu qan itirmiş Ş.Mustafayev xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Araşdırma aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=93210

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930