31 yaşlı Abşeron sakini özünü asaraq intihar edib
Abşeron rayonunun Qobu qəsəbəsində intihar hadisəsi baş verib.
“Report” xəbər verir ki, 1986-cı il təvəllüdlü Məmmədov Natiq Mübariz oğlu yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (yəni özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=94265