Həkim bu ailəyə 30 min dollar “atdı” – VİDEO

26.05.2017 - 00:43
Həkim qalmaqallarına biri də əlavə olunub, ancaq bu dəfə həkim səhvi tibbi deyil. Sumqayıtda Rzayevlər ailəsi həkim saxtakarlığı ilə üzləşib. Onlar böyrək çatışmazlığından əziyyət çəkən gəlinlərini əməliyyat üçün bel bağladıqları həkimin dələduzluğuna düçar olublar. Türkiyəyə əməliyyata xəstə aparmaq üçün Bakıda ofis tutan həkim onların 30 min dollar pulunu alaraq aradan çıxıb. İndi ailə çarəsiz qalıb, 3 ildir nə həkim tapılır, nə də pul.
XezerXeber.az xəbər verir ki, Sumqayıtda yaşayan 46 yaşlı Səidə Rzayeva böyrək çatışmazlığından əziyyət çəkir. 3 il əvvəl həyat yoldaşı onun müalicə və müayinəsi üçün Bakıda bir iş mərkəzində ofisi olan Ramiz Quluzadə adlı həkimlə tanış olub. Ramiz Quluzadə əməliyyatın Türkiyədə keçiriləcəyini və bunun üçün 30 min dollar lazım olduğunu deyib.
Türkiyədə müayinədən sonra Ramiz Quluzadə yenidən hərəkətə keçib, pulun qalanını da onlardan alıb. Əməliyyat baş tutmayanda isə ailə narahat olaraq Ramiz Quluzadə ilə tez-tez əlaqə saxlayıb. Lakin bir müddət sonra həkimi tapmaq mümkün olmayıb. Səidə Rzayevanın həyat yoldaşı Cahangir Rzayev deyir ki, arada internet vasitəsi ilə əlaqə saxlasalar da Ramiz Quluzadə bir müddət yalançı vəədlər verdikdən sonra yoxa çıxıb.
Cahangir Rzayev deyir ki, əməliyyat üçün lazım olan vəsaiti çox çətinliklə əldə edib. Hətta anası da pensiyasını toplayaraq gəlininin əməliyyatı üçün ona verib. Rzayevlər ailəsi 3 ildir əlacsız qalıb. Əgər həkim pullarını qaytarsa 3 ildir gözləyən xəstə əməliyyat olunaraq tam sağala bilər. Hadisə ilə bağlı aidiyyətı qurumlara da müraciət edilib.
BAKU.WS
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=94328

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930