Bakıda mənzilə basqın: ölən və yaralananlar var – VİDEO

23.06.2017 - 14:45
Bakıda törədilən qətlin bəzi təfərrüatı məlum olub
Cumhuriyyet.net report-a istinadən xəbər verir ki, qətlə yetirilən şəxs 1989-cu il təvəllüdlü Sabirabad rayon sakini Əliyeva Mahirə Tofiq qızıdır.
Sözügedən qadın hadisəni törədən Sənan adlı şəxs ilə əvvəllər qeyri-rəsmi nikahda yaşayıb. Lakin onun yaşadığı kişi tərəfindən tez-tez döyüldüyünü görən qonşular bu barədə polisə məlumat veriblər. Sonda cütlük ayrılıb.
Hadisə baş verən gecə Sənan daha üç nəfərlə birgə Mahirənin Nizami metrostansiyası arxasında kirayə qaldığı həyət evinə gəlib. Qapını onların üzünə ev sahibəsi Mətanət Həsənova açıb. İçəri daxil olan şəxslərdən ikisi ev yiyəsinin əl-qolunu tutublar, Sənan isə qadına iki bıçaq zərbəsi endirib. Qadın qara ciyər nahiyəsində ciddi xəsarət alıb. Hazırda yaralının vəziyyəti ağırdır.
Polis əməkdaşları evdə olan müşahidə kameralarının köməkliyi ilə insidentin təfərrüatlarını müəyyənləşdirirlər.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=95336

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930