“Zəfəran hospital”ın ambulansı qəza törətdi – VİDEO

24.06.2017 - 12:08
Bakıda “Zəfəran Hospital”a məxsus, “Volkswagen” markalı təcili yardım xidmətinin avtomobili qəza törədib
Cumhuriyyet.net “Report”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.
Belə ki, “Volkswagen” markalı ambulans Əhməd Rəcəbli küçəsində yüksək sürətlə hərəkətdə olarkən sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə ambulans əvvəlcə sərnişin avtobusuna, sonra “Daewoo” markalı minik avtomobilinə, ən sonda isə səkiyə çırpılaraq hospitalın qarşısında aşıb.
Nəticədə ambulansın sürücüsü, 1955-ci il təvəllüdlü Yelmar Hüseyn oğlu Əliyev xəsarət alaraq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=95418

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930