Gəncədə kürəkən qaynanasını bıçaqladı – VİDEO

11.07.2017 - 23:55

Şəmkir rayon Əliyaqublu kənd sakini, 51 yaşlı Səltənət Nəsirova Gəncənin Gülüstan qəsəbəsində yaşayan qızıgilə qonaq gəlib

ARB TV xəbər verir ki, aralarında yaranan münaqişə zəminində kürəkən qaynanasına bıçaqla xəsarət yetirib.

Qadın bədənin müxtəlif nahiyələrinin kəsilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Mehman Hüseynov – həkim: “Daxil olan xəstənin üzərində çoxsaylı deşilmiş-kəsilmiş yaraları olan xəsarətlər vardı. Xəsarətlərdən biri dəlib keçən digərləri isə kor yaralardır. Xəstənin ümumi vəziyyəti stabildir. Hal-hazırda şöbədədir. Yaralar işlənilib. Müalicə davam etdirilir”.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=96337

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31