Bərdədə polislər qəzaya düşdülər – VİDEO

17.07.2017 - 12:10

Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Cumhuriyyet.net-in Report-a istinadən məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ 21011” markalı avtomobillə Bərdə Rayon Polis İdarəsinə məxsus “Fiat” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində “VAZ 21011” markalı avtomobilin sürücüsü və sərnişin ağır xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə rayon xəstəxanasına aparılıb. Polis əməkdaşlarından isə xəsarət alan olmayıb.

Hadisəyə səbəb “VAZ 21011” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi olub. O, idarəetməni itirərək qarşıda gedən polis avtomobilinə çırpılıb. Bundan sonra avtomobil yolun kənarındakı hasara dəyib.

Faktla bağlı araşdırma aparılır.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=96741

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31